Minarə Çərkəzzadə Təcili yardım: 103

Dr.Minarə Çərkəzzadə

Həkim-nevroloq, Yeni Klinikanın İnsult Mərkəzinin şöbə müdiri

Kəskin insultun diaqnostikası və təcili müalicəsi, insultdan sonrakı bərpa dövrünə nəzarət və təkrar insultun qarşısının alınması.

Dr. Minarə Çərkəzzadə, ağ həkim xalatında
Yeni Klinika, Bakı

Haqqında

Dr. Minarə Çərkəzzadə nevrologiya üzrə mütəxəssis həkimdir və 2023-cü ildən Bakıdakı Yeni Klinikanın İnsult Mərkəzinə rəhbərlik edir. İnsult və digər kəskin nevroloji vəziyyətlərin multidissiplinar idarə olunması üzrə təcrübəlidir; mərkəzdə müalicə nevroloqlar, invaziv radioloqlar və digər mütəxəssislərlə birgə aparılır.

Azərbaycan Tibb Universitetini bitirdikdən sonra nevrologiya üzrə uzmanlıq təhsilini İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində alıb. Elmi maraqları epileptik ensefalopatiyalar, qlial biomarkerlər və klinik neyroimmunologiyadır.

İnsultda hər dəqiqə önəmlidir: nə qədər tez müdaxilə edilsə, beyin toxumasını xilas etmək və pasiyentin müstəqil həyata qayıtması şansı bir o qədər yüksək olur. Yeni Klinika beynəlxalq Angels təşəbbüsünün insult şəbəkəsinə daxil olan xəstəxanalardandır.

Təhsil və peşə yolu

  1. 2008 – 2014 Müalicə işi üzrə ali tibb təhsili Azərbaycan Tibb Universiteti, Bakı
  2. 2014 – 2017 Ginekologiya üzrə rezidentura Respublika Diaqnostika Mərkəzi, Bakı
  3. 2017 – 2022 Nevrologiya üzrə uzmanlıq təhsili İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi, Nevrologiya kafedrası
  4. 2021 Nevrologiya Yetərlilik İmtahanı sertifikatı Türkiyə Nevroloji Dərnəyi
  5. 2023 — indiyədək İnsult Mərkəzinin rəhbəri Yeni Klinika, Bakı

Müalicə sahələri

Əsas istiqamət insult və digər kəskin nevroloji vəziyyətlərdir — kəskin dövrdən bərpa mərhələsinə qədər.

Kəskin işemik insult

Təcili diaqnostika, tıxanmış damarın açılmasına yönəlik müalicə və ilk günlərdə intensiv nevroloji nəzarət.

Hemorragik insult

Beyinə qansızmadan sonra vəziyyətin izlənməsi, arterial təzyiqə nəzarət və müalicənin idarə olunması.

Tranzitor işemik ataka (TİA)

Keçib gedən əlamətlərin səbəbinin araşdırılması və yaxın dövrdə insult riskinin qiymətləndirilməsi.

Təkrar insultun profilaktikası

Arterial təzyiq, ürək ritmi pozuntuları, xolesterin və şəkər kimi risk amillərinə fərdi nəzarət planı.

İnsultdan sonrakı bərpa

Reabilitasiya dövründə nevroloji müşahidə, müalicənin davamlılığı və ailəyə qulluq üzrə tövsiyələr.

Nevroloji konsultasiya

Başgicəllənmə, uyuşma, zəiflik, nitq və görmə pozğunluqları, epileptik tutmalar kimi şikayətlər üzrə müayinə.

İnsultu tanıyın: BE-FAST

İnsult əlamətləri qəfil başlayır. Aşağıdakılardan hər hansı birini görsəniz, gözləməyin — dərhal təcili yardım çağırın. Müalicənin nəticəsi vaxtdan birbaşa asılıdır.

  1. Balance

    Tarazlıq

    Qəfil başgicəllənmə, yeriyərkən müvazinətin pozulması.

  2. Eyes

    Görmə

    Bir və ya hər iki gözdə qəfil görmə itkisi, ikiləşmə.

  3. Face

    Üz

    Üzün bir tərəfinin sallanması, gülümsəyəndə asimmetriya.

  4. Arm

    Qol

    Bir qolda və ya ayaqda qəfil zəiflik, uyuşma.

  5. Speech

    Nitq

    Dilin dolaşması, söz tapa bilməmək, danışığı anlamamaq.

  6. Time

    Vaxt

    Əlamətlərin başladığı saatı qeyd edin və dərhal 103-ə zəng edin.

103 Təcili tibbi yardımPulsuz, gecə-gündüz · ümumi xidmət: 112
  • Əlamətlərin keçib getməsini gözləməyin.
  • Xəstəyə yemək, içki və ya dərman verməyin.
  • Əlamətlər keçsə belə həkimə müraciət edin — bu, tranzitor işemik ataka ola bilər.

Elmi fəaliyyət

Tədqiqatları epileptik ensefalopatiyalar, qlial biomarkerlər və klinik neyroimmunologiya sahələrini əhatə edir.

Nəşrlər

Uzmanlıq dissertasiyası

«Epileptik ensefalopatiya: qlial aktivlik faktorlarından biomarker kimi istifadə oluna bilərmi?»

Məruzələr və çıxışlar

  • 2024 «Nevroloji intensiv terapiya» — konfrans spikeri Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresi, Fairmont Baku
  • 2024 «Xroniki ağrı sindromlarına multidissiplinar yanaşma» — konfrans spikeri Yeni Klinika, Bakı
  • 2022 «Epileptik ensefalopatiya: qlial aktivlik faktorlarından biomarker kimi istifadə oluna bilərmi?» 59-cu Milli Nevrologiya Konqresi, Antalya
  • 2019 «Üzdən başlayan sensor və motor neyropatiya» 55-ci Milli Nevrologiya Konqresi, Antalya · həmmüəlliflər: A. Çakar, H. Durmuş Tekçe, Y. G. Parman

Peşəkar üzvlüklər

  • Avropa Nevrologiya Akademiyası (EAN)
  • Epilepsiyaya Qarşı Beynəlxalq Liqa (ILAE)
  • Türkiyə Nevroloji Dərnəyi
  • Türkiyə Parkinson Xəstəliyi Dərnəyi
  • İstanbul Həkim Palatası

Son beynəlxalq konqreslər

  • EAN 2026 — Cenevrə
  • XVII Dünya İnsult Konqresi, 2025 — Barselona
  • VIII Türkiyə İnsult Akademiyası, 2024 — İzmir
  • Neyrotravma üzrə təlim, 2024 — Vyana
  • ESOC 2024 — Bazel
Bütün konqres və kurslar (29)

2026

  • 27–30.06.2026XII Avropa Nevrologiya Akademiyası Konqresi (EAN 2026)Cenevrə, İsveçrə

2025

  • 22–24.10.2025XVII Dünya İnsult KonqresiBarselona, İspaniya

2024

  • 31.10–03.11.2024VIII Beynəlxalq Türkiyə İnsult Akademiyası və praktiki təlim kurslarıÇeşmə, İzmir
  • 17–20.06.2024Neyrotravmanın müalicəsi üzrə stimulyasiya mərkəzi təlimiVyana, Avstriya
  • 15–17.05.2024X Avropa İnsult Təşkilatı Konfransı (ESOC)Bazel, İsveçrə

2022

  • 18–24.11.202258-ci Milli Nevrologiya KonqresiAntalya, Türkiyə
  • 26–30.10.2022XXXVIII Milli Klinik Neyrofiziologiya EEG-EMG KonqresiBodrum, Türkiyə
  • 20–23.10.2022II Parkinson Payız Məktəbiİstanbul, Türkiyə
  • 02–03.06.2022İstanbul Tibb Fakültəsi Nevrologiya Kafedrasının XXXII Məzuniyyətdən Sonrakı Təhsil Kursuİstanbul, Türkiyə
  • 26–29.05.2022XIII Milli Epilepsiya KonqresiMuğla, Türkiyə
  • 28.01.2022King's XX İllik Neyromuskulyar Xəstəliklər SimpoziumuOnlayn

2021

  • 26.11–02.12.202157-ci Milli Nevrologiya KonqresiAntalya, Türkiyə
  • 29–31.10.2021II Milli Klinik Neyrofiziologiya EEG-EMG Virtual KonqresiOnlayn
  • Sentyabr 2021TND II Neyromuskulyar Xəstəliklər Virtual SimpoziumuOnlayn
  • 27–30.05.2021XII Milli Epilepsiya KonqresiOnlayn
  • 21–23.05.2021Avropa Nevrologiya Akademiyasının Yaz MəktəbiOnlayn
  • 13–14.03.2021XVI Uludağ Nevrologiya GünləriOnlayn
  • 13.02.2021EPIMER SimpoziumuOnlayn

2020

  • 28.11–02.12.202056-cı Milli Nevrologiya KonqresiOnlayn
  • 13–15.11.2020XIII Neyropsixiatriya GünləriOnlayn
  • 05–08.11.2020X Milli Alzheimer KonqresiOnlayn
  • 24–25.10.2020Nevrologiya Rezidentləri AkademiyasıOnlayn
  • 16–18.10.2020VI Milli Epilepsiya KonqresiOnlayn

2019

  • 15–21.11.201955-ci Milli Nevrologiya KonqresiAntalya, Türkiyə
  • 09–10.11.2019«Dağınıq sklerozda koqnitiv funksiyalar» IV Simpoziumuİzmir, Türkiyə
  • 30–31.05.2019V Nadir Nevroloji Xəstəliklər Simpoziumu və Neyrogenetika Kursuİstanbul, Türkiyə
  • 22–24.03.2019Neyrooftalmologiya və neyrootologiya simpoziumuİstanbul, Türkiyə

2018

  • 19–20.05.2018«Dağınıq sklerozda fiziki əlilliyin qiymətləndirilməsi» II Simpoziumuİzmir, Türkiyə

2017

  • 03.11.2017Rezidentlər üçün mielin xəstəlikləri kursuİstanbul, Türkiyə

Xəbərlərdə

AZƏRTAC

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra olunub

Kəskin işemik insultla müraciət edən pasiyentdə tıxanmış beyin damarı invaziv radioloq tərəfindən təcili açılıb. Sonrakı müalicə İnsult Mərkəzinin şöbə müdiri Dr. Minarə Çərkəzzadə və həkim-nevroloq Emin Nəsirovun nəzarəti ilə aparılıb, nevroloji əlamətləri aradan qalxan pasiyent bir neçə gün sonra evə buraxılıb.

Qəbul və əlaqə

Qəbul Yeni Klinikada aparılır. Gəlməzdən əvvəl zəng edib vaxtı razılaşdırmağınız tövsiyə olunur.

Ünvan
Yeni Klinika
Heydər Əliyev prospekti 142, Bakı
Qəbul saatları
Bazar ertəsi – Şənbə
09:00 – 16:00
Dillər
Azərbaycan, türk, rus, ingilis

Mesaj göndərin

Sualınızı yazın və ya qəbula yazılmaq üçün müraciət edin. Cavab almaq üçün telefon nömrənizi və ya e-poçt ünvanınızı qeyd edin.

Təcili halda formu gözləməyin — dərhal 103-ə zəng edin.

Telefon və ya e-poçtdan ən azı birini yazın.

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur. Tibbi sənədlərinizi buraya əlavə etməyin.